BAKI, 6 noyabr. TELEQRAF

ABŞ Kuba iqtisadiyyatının inkişafını dəstəkləyən səkkiz təşkilata, iki fiziki şəxsə və beş gəmiyə qarşı sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Bu tədbirlər neft nəqli, Kuba elitası, idxal və texnika tədarükü üzrə ixtisaslaşan dövlət şirkətləri, eləcə də Kuba silahlı qüvvələrinin tədarükçüləri ilə əlaqəli strukturlara şamil edilir", - məlumatda qeyd edilib.

Çin Milli Elektronika İdxalı və İxracı Korporasiyası (CEIEC), eləcə də onun törəmə strukturu olan "Beijing H&C Technologies" də siyahıya daxil edilib.

"Kubanın hakim elitası Kuba xalqını elektrik enerjisi kəsintiləri, yanacaq qıtlığı və iqtisadiyyatdakı durğunluqla təkbaşına qoyaraq öz zənginləşməsi üçün resurslar toplayır. Bu sistemi qoruyub saxlamaq üçün hakimiyyət ofşor vasitəçilər şəbəkəsinə arxalanır ki, Dövlət Departamenti onların da bir qismini sanksiya siyahısına daxil edir", - qurumdan bildirilib.