BAKI, 6 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin fond bazarlarında əsas indekslərin kəskin ucuzlaşmasını aralıq seçkilərin nəticələri ilə əlaqələndirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Fond bazarı seçkilərin nəticələrinə görə tarixinin ən pis günlərindən birini yaşadı. Bunu görmək çox kədərlidir! Bizi əvvəllər heç vaxt görünməmiş səviyyəyə çatdırmaq üçün nə qədər böyük zəhmət çəkilmişdi, indi isə bu vəziyyət yaranıb”, – ABŞ lideri bildirib.

Tramp fond bazarındakı geriləməyə görə Demokratlar Partiyasını günahlandırıb.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçirilib. Seçicilər Konqresin Nümayəndələr Palatasının 435 üzvünü, Senatın isə 100 üzvündən 35-ni müəyyənləşdiriblər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri baş tutub.

ABŞ mediasının ilkin hesablamalarına əsasən, demokratlar Konqresin hər iki palatasında çoxluq qazanmağa hazırlaşırlar.

Noyabrın 4-ü və 5-də ABŞ və bir sıra digər ölkələrin fond bazarlarında əsas indekslər əhəmiyyətli dərəcədə geriləyib.

Maliyyə nəşrlərinin məlumatına görə, investorlar demokratların qələbəsindən sonra süni intellekt sektorunda dövlət tənzimləmələrinin sərtləşdirilə biləcəyindən ehtiyat edirlər.