BAKI, 6 noyabr. TELEQRAF

Braziliyada hesab edirlər ki, ABŞ Konqresinin hər iki palatasında nəzarətin Demokratlar Partiyasına keçməsi Prezident Donald Tramp administrasiyasının sərt ticarət siyasətinin qarşısını ala bilər.

Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın hakim İşçi Partiyasından olan deputat Reymont Otoni açıqlama verib.

Onun sözlərinə görə, demokratların Konqresdə çoxluq əldə etməsi Tramp administrasiyasının tətbiq etdiyi gömrük tariflərinin dayandırılmasına şərait yarada bilər.

“ABŞ Nümayəndələr Palatası və Senatı Tramp administrasiyasının gömrük tarifləri ilə bağlı həyata keçirdiyi tədbirləri, şübhəsiz ki, dayandıracaq”, – deputat bildirib.

Otoni Braziliya Prezidenti Luis İnasiu Lula da Silvanın seçkilərdə qazandığı qələbənin də beynəlxalq siyasi vəziyyətə ciddi təsir göstərdiyini iddia edib.

“İfrat sağ qüvvələr zəifləyib. Demokratik prinsiplərin möhkəmləndirilməsini tələb etməyə davam etsək, bizi daha açıq siyasi və iqtisadi razılaşmaların mümkün olduğu yaxşı dövr gözləyir”, – braziliyalı siyasətçi vurğulayıb.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyasının Konqresin hər iki palatasında çoxluq əldə edəcəyi bildirilir.

ABŞ Konqresinin 120-ci çağırışı 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.