BAKI, 6 noyabr. TELEQRAF
“Slovakiya Avropa İttifaqına (Aİ) üzvlük prosesində qazandığı təcrübəni nəzərə alaraq, Ukraynaya quruma qoşulmaqda kömək etməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.
“Həm Aİ-də fəaliyyət təcrübəmiz, həm də üzvlük prosesində qazandığımız təcrübə ilə bağlı məsələlərdə sizə dostcasına yardım təklif edirik”, - hökumət başçısı vurğulayıb.
Fitso əlavə edib ki, Avropa İttifaqına üzv olmaq istəyən istənilən ölkə müvafiq müraciət təqdim etməklə və müəyyən tələbləri yerinə yetirməklə bu məqsədə nail ola bilər.
Xatırladaq ki, Slovakiya indiyədək Ukraynanın Avropa İttifaqına üzv olmasına qarşı çıxan azsaylı Aİ dövlətləri arasında yer alırdı.