BAKI, 6 noyabr. TELEQRAF
“Biz ordumuzdan (hərbi xidmətdən) vaxtilə fars ordusundan qaçdığımız sürətlə qaçırıq, eyni zamanda ayaq üstə vətənin sağlığına içirik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Dünya Erməni Sammiti”ndə deyib.
“Vətənimizi sevirik, amma dövlətə nifrət edirik. Mən demirəm ki, Ermənistanda tətbiq etməli olduğumuz hansısa dövlət modeli mövcuddur. Əksinə, hesab edirəm ki, dövlətimizi vətən kimi qəbul etməli, vətənimiz hesab etməliyik. Bizi ən yaxşı dövlətə aparacaq ən düzgün model məhz budur”, - baş nazir vurğulayıb.
Paşinyan qeyd edib ki, “Real Ermənistan” ideologiyası Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinə əsaslanır, həmin ərazi 29 743 kvadrat kilometrdir.