BAKI, 6 noyabr. TELEQRAF
Fransada bomba təhlükəsi səbəbindən hərbi bazaya eniş etməkdən imtina edən pilotla bağlı araşdırma başlayıb.
Teleqraf xəbər verir ki, "Le Figaro"nun verdiyi məlumata görə, Dublindən Romaya uçan "Aer Lingus" təyyarəsi bomba təhlükəsi səbəbindən cümə axşamı Fransadakı Evreux hava bazasına yönləndirmək məcburiyyətində qalıb.
Airbus A320 təyyarəsində 157 nəfər olub. Evreux prokuroru Remi Coutainin sözlərinə görə, pilot həbs olunmadan dindiriləcək. Mümkün həbs barədə qərar daha sonra veriləcək.
Enişdən sonra bütün sərnişinlər təyyarədən endirilib və jandarmlar tərəfindən yoxlanılıb. Daha sonra onlar avtobuslarla aviabaza ərazisindəki idman zalına aparılıblar.
Prokuror bildirib ki, pilotun hərbi hava limanına eniş əmrinə tabe olmadığı iddia edilir. Təyyarəni müşayiət etmək üçün iki Fransa qırıcı təyyarəsi havaya qaldırılıb. Kutain qeyd edib ki, belə bir əmrə tabe olmaqdan imtina nəqliyyat qanunvericiliyinin xüsusi maddəsinin pozulması hesab edilə bilər.
Günorta saatlarına qədər hakimiyyət orqanları və aviaşirkətlər bu cür təhdidlərin hədəf aldığı 12 uçuş barədə məlumat vermişdilər. Bütün təyyarələr nəticədə təhlükəsiz yerə eniş etdi.