BAKI, 6 noyabr. TELEQRAF

Türkiyə Böyük Millət Məclisi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış birgə müdafiə haqqında Məkkə sazişini ratifikasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.

600 yerlik parlamentdə keçirilən səsvermədə 279 deputat sənədin lehinə, 119 deputat isə əleyhinə səs verib.

Sazişin ratifikasiyası haqqında qanun layihəsi parlamentə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub. Türkiyə qanunvericiliyinə əsasən, beynəlxalq müqavilələr parlamentin təsdiqindən keçməlidir. Xaricə hərbi kontingentin göndərilməsi üçün də parlamentin müvafiq icazəsi tələb olunur.

Qeyd edək ki, Məkkə sazişi avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Oktyabrın 5-də sazişin iştirakçıları birgə müdafiə öhdəliklərinin praktiki icrasına başlamaq, razılaşdırılmış hərbi qüvvə və vasitələrin Səudiyyə Ərəbistanında yerləşdirilməsi istiqamətində tədbirlər görmək barədə qərar qəbul ediblər.