BAKI, 6 noyabr. TELEQRAF
Azərbaycanda 2027-ci ildən yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) sədri Orxan Nəzərli Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, Dövlət Vergi Xidməti tərəfindən uzun müddətdir ki, bu sahədə beynəlxalq təcrübə və mümkün tətbiq mexanizmləri araşdırılır".