BAKI, 6 noyabr. TELEQRAF

Hazırda Azərbaycanda ürək transplantasiyası üçün 50-dən çox xəstə gözləyir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev "Ürək Transplantasiyası Həftəsi" çərçivəsində Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.

O bildirib ki, ötən bir il ərzində 4 xəstəyə uğurla ürək transplantasiyası əməliyyatı icra edilib:

“Düşünürəm ki, 10 milyon əhalisi olan ölkəmizdə kifayət qədər donor olmalıdır. Cəmiyyətimizin üzvlərini bu sahədə aktiv olmağa dəvət edirəm”.