"İnsanlarımızı narahat edən məsələlərdən biri də əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır. Bu xüsusilə bölgələrdə özünü qabarıq göstərir. Kəndlərimizdə olan ilkin tibbi xidmət məntəqələrinin əksəriyyəti yararsız vəziyyətdədir. Kadr sıxıntıları mövcuddur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.

Komitə sədri qeyd edib ki, əhali arasında ən çox təlatüm verən iki patologiyadan biri olan onkoloji xəstəliklərində icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir.