BAKI, 2 sentyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza zolağındakı son vəziyyətlə bağlı regional həmkarları ilə aktiv təmaslarını davam etdirir.

Teleqraf Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi mənbələrinə istinadla xəbər verir ki, Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, həmçinin İordaniyanın xarici işlər naziri Ayman əl-Safadi ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Müzakirələr zamanı Qəzza zolağında dərhal atəşkəsin təmin olunması, humanitar böhranın aradan qaldırılması yolları və regiondakı son gərgin geosiyasi hadisələr ətraflı şəkildə nəzərdən keçirilib.