BAKI, 10 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin ABŞ-dən qorxduğunu irəli sürüb.

Teleqraf xəbər verir ki, Donald Tramp bu fikri jurnalistlərə açıqlaması zamanı səsləndirib.

Onun sözlərinə görə, Vladimir Putin Avropa ölkələrindən çəkinmir, lakin ABŞ-yə onun rəhbərlik etdiyi dövrdə ehtiyat edir. Tramp bildirib ki, Avropa ayrı məsələdir, ABŞ isə onun idarəçiliyi altında fərqli gücə malikdir.

ABŞ prezidenti bu iddiasını öz liderliyi ilə əlaqələndirərək, məhz buna görə Putinin Vaşinqtondan çəkinməli olduğunu vurğulayıb.