BAKI, 28 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Floridada yerləşən Mar-a-Laqo iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək Ukrayna münaqişəsinin həlli perspektivlərini və Vaşinqtonun növbəti addımlarını müzakirə edib.

Teleqraf xəbər verir ki, Tramp görüş zamanı mümkün sülh sazişi, Avropanın təhlükəsizliyin təminatında rolu və Rusiyaya kontakların davam etdirilməsi niyyətini açıqlayıb.

ABŞ Prezidenti bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Zelenski Ukraynada sülh istəyir. O qeyd edib ki, Avropa ölkələri münaqişə həllindən sonra Ukraynanın qorunmasına aktiv şəkildə cəlb olunacaq və təhlükəsizlik sazişi imzalanacaq. Tramp həmçinin münaqişənin iqtisadi faydalarını vurğulayıb, Ukraynanın həyata keçirdiyi hücumları nəzərə alaraq Moskvanın da sülh istədiyini bildirib. Prezident əlavə edib ki, sülh prosesi yekunlaşmaq üzrədir və mövcud çərçivə hər kəs üçün faydalıdır.

Tramp görüşün sonunda Putinə zəng etməyi planlaşdırdığını və dialoqu davam etdirəcəyini bildirib.

***

22:43

ABŞ Prezidenti Donald Tramp Floridada yerləşən Mar-a-Laqo iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı tərəflərin əsas müzakirə mövzusu Ukrayna üzrə sülh planının detalları olacaq.

Qeyd olunur ki, bundan əvvəl Tramp Zelenski ilə görüşdən öncə Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.