BAKI, 19 noyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Konqresin təsdiqlədiyi Ceffri Epşteyn işi ilə bağlı materialların dərcini tələb edən qanun layihəsini imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, Ağ Ev sənədin gözləniləndən daha sürətli şəkildə hər iki palata tərəfindən təsdiqlənəcəyini düşünmürdü. Nümayəndələr Palatası qanun layihəsini 18 noyabrda qəbul edib, bir neçə saat sonra isə Senat üzvləri onu yekdilliklə təsdiqləyib.

Ağ Ev rəsmisi jurnalistlərə bildirib ki, Tramp sənədi rəsmi şəkildə əldə edən kimi imzalayacaq.

Tramp əvvəllər də layihəni imzalamağa hazır olduğunu bəyan etmişdi. O, həmçinin iddia edib ki, Epşteyn işinə dair materialların açıqlanmasını əsasən demokratlar tələb edir, çünki onlar “respublikaçıların uğurlarından diqqəti yayındırmaq” istəyirlər.