BAKI, 8 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hökumətin səhiyyəyə ayrılan vəsaitlərini birbaşa vətəndaşlara köçürməyi təklif edib.
Teleqraf xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.
D.Tramp bildirib ki, ABŞ Konqresi ölkənin mövcud tibbi sığorta sistemini dəyişdirməli və bu sahədə xidmətlər üçün büdcə vəsaitlərini böyük şirkətlərə deyil, birbaşa vətəndaşlara yönəltməlidir.
Amerika lideri hökuməti böyük sığorta şirkətlərindən pul geri alaraq insanlara verməyi və dünyada "ən pis səhiyyə sistemi" hesab etdiyi "Obamacare"ni məhv etməyə çağırıb.