BAKI, 18 oktyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, hökumətin müvəqqəti bağlanması onun administrasiyasına Respublikaçılar Partiyasının razılaşmadığı demokratik proqramları həmişəlik ləğv etmək səlahiyyəti verib.
Teleqraf xəbər verir ki, o bu barədə "Fox Business"ə müsahibəsində bildirib.
"Biz istəmədiyimiz demokratik proqramları ləğv edirik. Demokratlar səhv etdilər, onlar başa düşmədilər ki, bu, mənə respublikaçıların heç vaxt istəmədiyi proqramları kəsmək səlahiyyəti verir".
ABŞ federal hökumətinin fəaliyyətinin qismən dayandırılması maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı başlayıb.