BAKI, 6 iyun. TELEQRAF

İran Çindən ballistik raketlərin istehsalı üçün böyük miqdarda kimyəvi maddələr sifariş edib.

Teleqraf “Wall Street Journal”a istinadən xəbər verir ki, İran ABŞ ilə davam edən nüvə danışıqları fonunda hərbi imkanlarını bərpa etməyə çalışır.

Məlumatda deyilir ki, Tehran bərk yanacaqlı raketlərin istehsalı üçün lazım olan kifayət qədər ammonium perxlorat sifariş edib ki, bu da potensial olaraq 800-dək raket istehsal etməyə imkan verə bilər. Onların bir qisminin Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) kimi İranın dəstəklədiyi qruplara göndəriləcəyi gözlənilir.

Sifarişin növbəti aylarda İrana çatdırılması planlaşdırılır.