BAKI, 31 may. TELEQRAF
ABŞ süni intellekt, enerji texnologiyaları, pilotsuz avtomobillər, dronlar və elektromobillər kimi sahələrdə Çinlə texnoloji üstünlük uğrunda apardığı mübarizədə uğur qazana bilmir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetində dərc olunan analitik yazıda bildirilir.
Məlumatda bildiril ki, ABŞ elektromobillərdən tutmuş süni intellektə qədər geniş sahələr üzrə Çini üstələməyə çalışsa da, faktiki vəziyyət fərqlidir. Çin istehsalı olan elektromobillər həm daha ucuzdur, həm də bəzi göstəricilər üzrə ABŞ modellərini qabaqlayır. Hazırda dünyada istehsal olunan günəş panelləri və batareyaların böyük hissəsi məhz Çində istehsal olunur. Hətta Tesla və Waymo kimi ABŞ-ın aparıcı şirkətləri də pilotsuz avtomobil texnologiyalarında Çin şirkətlərindən geri qalır.