BAKI, 5 iyul. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Suriyaya səfər edəcəyi gözlənilir. Səfərin dəqiq tarixi hələlik açıqlanmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi Suriya hakimiyyətinə istinadən məlumat yayıb.
Məlumata görə, səfər baş tutacağı təqdirdə Emmanuel Makron 2024-cü ilin sonunda Əhməd əş-Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq.
Bununla yanaşı, bu, 2009-cu ildə Nikola Sarkozinin səfərindən sonra Fransa prezidentinin Suriyaya ilk rəsmi səfəri kimi tarixə düşəcək.