BAKI, 26 avqust. TELEQRAF

“İran və ABŞ arasında müharibənin dayandırılması üzrə danışıqlar dalana dirənib”.

Teleqraf xəbər verir ki, bunu Misir xarici işlər naziri Bədr Əbdül Ati deyib.

“Hazırda nə sülh, nə də müharibə var. Proses çıxılmaz dalana dirənib”, - nazir bildirib.

Ati həmçinin vurğulayıb ki, Misir İranla əlaqələri davam etdirir və nüvə proqramı, ABŞ sanksiyalarının ləğvi, Hörmüz boğazının açılması və diplomatik razılaşma əsasında müharibəyə tezliklə son qoyulmasını dəstəkləyir.