BAKI, 26 avqust. TELEQRAF

“ABŞ İrana qarşı elan etdiyi yeni iqtisadi müharibədən heç bir nəticə əldə etməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Hazırda hökumətin həyata keçirdiyi tədbirləri nəzərə alsaq, Amerika iqtisadi təzyiqlər vasitəsilə heç nəyə nail ola bilməyəcək. Heç müharibə zamanı da heç bir nəticə əldə edə bilməmişdi”, - o bildirib.