BAKI, 27 avqust. TELEQRAF

“Bir neçə cəbhədə münaqişənin genişlənməsi ehtimalı səbəbindən İsrail ordusu yüksək hazırlıq vəziyyətindədir”.

Teleqraf xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.

“Qarşımızda hələ bir çox çətinliklər var. İran və Livandan Qəzzaya qədər bütün cəbhələrdə döyüş əməliyyatları aparırıq və bir neçə cəbhədə eskalasiya ehtimalını nəzərə alaraq, yüksək səviyyədə hazırlıq vəziyyətindəyik”, - Baş Qərargah rəisi vurğulayıb.