BAKI, 27 avqust. TELEQRAF

ABŞ yaxın həftələr ərzində “Theodore Roosevelt” təyyarədaşıyan gəmisini təxminən 5 min nəfərlik heyətlə Yaxın Şərqə göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Gəminin bölgədəki missiyasının ən azı 7 ay davam etməsi gözlənilir, ekipajın isə 8 aylıq xidmət müddətinə hazırlaşdığı bildirilir.

Qərar ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə İranla münaqişə və artan əməliyyat tələbləri fonunda üzləşdiyi gərginlik şəraitində qəbul edilib.

“Theodore Roosevelt”in bölgəyə göndərilməsi ilə onun “George Washington” təyyarədaşıyan gəmisini əvəz etməsi gözlənilir. “George Washington” ötən həftə Yaxın Şərqə gəlib və uzunmüddətli missiyada olan “Abraham Lincoln”u əvəzləyib.

“Abraham Lincoln”un əvvəlki missiyası 250 gündən çox davam edib. Bu, ekipajın psixoloji vəziyyəti və gəmidə təchizatla bağlı narahatlıqlara səbəb olmuşdu.