BAKI, 26 avqust. TELEQRAF
“Türkiyə Allahın izni ilə cümhuriyyətin ikinci əsrində daha böyük iradə və uzaqgörənlik nümayiş etdirərək imperialistlərin oyunlarını pozur”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.
“Terrorsuz Türkiyə” adı ilə ortaya qoyduğumuz bu prosesi çox sürətli və logistika baxımından yüksək səviyyədə planlaşdırılmış şəkildə həyata keçirməyə başlamışıq. Heç vaxt ölkəmizin bölünməsinə imkan verməyəcəyik”, - spiker vurğulayıb.