BAKI, 27 avqust. TELEQRAF

“Suriya Demokratik Qüvvələri”nin (SDQ) ləğvi və onun Suriya dövlət qurumlarına inteqrasiyası Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, eləcə də “vahid dövlət, vahid ordu” konsepsiyasının gücləndirilməsində mühüm addımdır”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

“Türkiyə Silahlı Qüvvələri mövcud hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Suriyada əldə edilən müsbət impulsu və Suriya ordusunun potensialının, xüsusən də terrorizmə qarşı mübarizədə inkişafını dəstəkləməyə davam edəcək”, - Aktürk vurğulayıb.