BAKI, 27 avqust. TELEQRAF
“Şahzadə Rza Pəhləvi İranda hakimiyyətə qayıdacaq və layiq olduğu şah əzəməti ilə qarşılanacaq”.
Teleqraf xəbər verir ki, bunu İsrailin innovasiya, elm və texnologiya naziri Gila Qamliel deyib.
“Tanrının izni ilə, bu, çox tezliklə baş verəcək”, - İsrail rəsmisi əlavə edib.
Xatırladaq ki, Rza Pəhləvi İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğludur, hazırda ABŞ-də yaşayır.