BAKI, 26 avqust. TELEQRAF

Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani və Türkiyə xarici işlər naziri Hakan Fidanla ayrı-ayrı telefon danışıqlarında regional gərginliyin azaldılması səylərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mediası məlumat yayıb.

Bildirilib ki, danışıqlar ölkələr arasında davamlı koordinasiya və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi səyləri çərçivəsində aparılıb.