BAKI, 26 avqust. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampla Ağ Evdə son görüş zamanı İrana qarşı üç variantı müzakirə etmişik. Bura diplomatik razılaşma, hərbi əməliyyat və blokadanı sərtləşdirmək daxildir”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O qeyd edib ki, Trampa İsrailin yaxşı razılaşmaya qarşı olmadığını bildirib. Amma Baş nazirin fikrincə, hazırkı İran hakimiyyəti ilə belə bir razılaşma əldə etmək mümkün deyil.

İkinci variant barədə Netanyahu söyləyib: “Biz özümüzü müdafiə edəcəyik. İranın bizə hücum etməsinə imkan verməyəcəyik. Əgər hücum etsə, indiyədək aldığı zərbələrdən daha ağır zərbə alacaq”.

İsrail lideri vurğulayıb ki, üçüncü variant İrana qarşı blokadanın daha da sərtləşdirilməsidir. Onun sözlərinə görə, Tramp ötən gün İrana yardım edən ölkələrə və qurumlara təzyiqi artırmaqla bu istiqaməti gücləndirib.

Netanyahu həmçinin qeyd edib ki, İsrail İrandan gələn təhlükənin qarşısını almaqda qətiyyətlidir: “İran problemi hələ həll olunmayıb və onu başa çatdırmalıyıq”.