BAKI, 27 avqust. TELEQRAF

Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Taninin Tehranda İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə regiondakı son hadisələr, gərginliyin azaldılması və regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə dialoq üçün əlverişli şəraitin yaradılması istiqamətində görülən səylər müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Hörmüz boğazından müvəqqəti və birgə gəmiçilik dəhlizinin yaradılması, həmçinin boğazın minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsi məsələləri də müzakirə edilib.