BAKI, 28 avqust. TELEQRAF
ABŞ-nin Yaxın Şərqdə yerləşdirdiyi hərbçilərin sayı 50 minə çatıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper əməliyyatlarla bağlı videomüraciətində açıqlayıb.
Kuperin sözlərinə görə, bölgədəki amerikalı hərbçilərin əhəmiyyətli hissəsi İrana qarşı dəniz blokadasının təmin edilməsində və Hörmüz boğazından kommersiya gəmilərinin keçidinin təhlükəsizliyinin qorunmasında iştirak edir. CENTCOM daha əvvəl də Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisinin müxtəlif missiyaları yerinə yetirdiyini bildirmişdi. (DVIDS)
Admiral bildirib ki, iyulun ortalarında yenidən tətbiq olunmağa başlayan dəniz blokadasına minlərlə amerikalı hərbçi, 20-dən çox hərbi gəmi və yüzlərlə hava vasitəsi cəlb edilib. (Jerusalem Post)
Kuper həmçinin ABŞ qüvvələrinin Hörmüz boğazında beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyatları davam etdirdiyini bildirib.