BAKI, 27 avqust. TELEQRAF
“Hizbullah” Hərəkatı əmri ancaq İran İslam Respublikasından alır”.
Teleqraf xəbər verir ki, bunu “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı danışan ABŞ-nin Livandakı səfiri Mişel İssa deyib.
“Livanlılar “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı razılığa gəliblər”, - o bildirib.
İssa həmçinin İsrail və “Hizbullah” arasındakı duruma da diqqət çəkib: “Biz həmişə İsraildən hücumu dayandırmasını xahiş edirik, amma “Hizbullah” heç bir tədbir görmür”.