BAKI, 27 avqust. TELEQRAF
ABŞ-nin Suriya və Türkiyə ilə İsrail arasında gərginliyin azaldılması mexanizminin yaradılması təşəbbüsləri ilə bağlı Ankaraya rəsmi sorğu daxil olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.
“ABŞ hökumətinin Suriyanı əhatə edəcək gərginliyi azaltma mexanizmi yaratmaq təşəbbüsləri ilə bağlı açıqlamaları və xəbərləri diqqətlə izləyirik. Nazirliyimizə bununla bağlı heç bir rəsmi sorğu daxil olmayıb. Əgər belə bir sorğu daxil olarsa, məsələyə müvafiq orqanlarla əlaqələndirilərək baxılacaq”, - nazirlik rəsmisi qeyd edib.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barak bundan əvvəl Suriya və Türkiyə ilə İsrail arasında gərginliyin azaldılması mexanizminin yaradılması üzərində iş aparıldığını açıqlamışdı.