BAKI, 26 avqust. TELEQRAF
“ABŞ İran İslam Respublikasının şərtlərini qəbul etməsə, Hörmüz boğazı heç bir halda açılmayacaq”.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi deyib.
SEPAH rəsmisi qeyd edib ki, ABŞ İrana hücumları dayandırsa və əldə edilmiş anlaşmaya qayıtsa, Hörmüz boğazı açıla bilər.