BAKI, 21 iyun. TELEQRAF
ABŞ və İran aparılan danışıqlar çərçivəsində Tehranın sərəncamında olan uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılıq əldə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına verdiyi müsahibəsində bildirib.
"Vaşinqton ilkin olaraq İranın nüvə ehtiyatlarının ölkədən çıxarılmasını tələb edirdi, lakin biz uranın zənginləşdirilməsi səviyyəsinin aşağı salınması qərarına gəldik", — deyə nazir vurğulayıb.
Pakistanlı nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları əvvəlki kimi yeraltı anbarlarda saxlanılır. O həmçinin əlavə edib ki, həm Vaşinqton, həm də Tehran mövcud problemin yeganə həll yolunun məhz diplomatiya olduğu qənaətinə gəliblər.