BAKI, 5 sentyabr. TELEQRAF
Rusiya Ukrayna ilə üç gündən artıq atəşkəs barədə razılığa gəlməyib.
Teleqraf TASS-a istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə amerikalı vasitəçilərlə keçirdiyi danışıqlar fonunda atəşkəs iddialarına aydınlıq gətirib.
Rusiya lideri ölkəsinin Ukrayna ilə üç gündən artıq müddətə atəşkəsin elan edilməsi barədə hər hansı bir razılığa gəlmədiyini qətiyyətlə bəyan edib.