BAKI, 6 sentyabr. TELEQRAF
Tovuzda avtomobillə motosiklet toqquşub, 18 yaşlı gənc xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza rayonun Şəhriyar küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Tovuz sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli yüngül xəsarətlər alan motosiklet sürücüsü dərhal təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibbi nəzarətə götürülən gənc sürücünün vəziyyəti stabil qiymətləndirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə araşdırma aparır.