BAKI, 5 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” və “Şəfa” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da baş tutan görüş “ağ-qaralar”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin qollarını Rüfət Abbasov (35-ci dəq.), Alen Şkrlbek (64, 66-cı dəq.) və Breno Almeyda (79-cu dəq.) vurub. “Şəfa”nın yeganə qoluna isə Murad Musayev (48-ci dəq.) imza atıb.
Bu nəticədən sonra Yuri Vernidubun komandası 9 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Zaur Həşimovun komandası isə 3 xalla onuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Sabah” “Zirə”ni 5:0 hesabı ilə məğlub edib. Tura sabah yekun vurulacaq.