BAKI, 5 sentyabr. TELEQRAF

"İlk dəqiqələrdən oyuna sürətli başladıq. Rəqib ilk dəqiqədə hesabı açdı. Bir neçə dəqiqədən sonra kobud səhvə yol verdik. 5 qolla məğlub olsaq da, futbolçularımdan narazı deyiləm. İki komanda arasındakı tək fərq bitiricilik idi".

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının IV turunda “Sabah”a məğlub olan (5:0) “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.

"Soyunma otağında da futbolçularıma bildirdim ki, mübarizənizdən razı qaldım. 2 və 3-cü qolları çox sadə səhvlərdən buraxdıq".