BAKI, 3 sentyabr. TELEQRAF
“ABŞ İrana qarşı həyata keçirdiyi son hücumun bədəlini öz hərbçilərinin qanı ilə ödəyəcək”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi ABŞ-nin Hörmüzqan əyalətinə hücumu ilə bağlı deyib.
“İslam İnqilabı Keşikçiləri Korpusu və İran İslam Respublikasının digər silahlı qüvvələri bu hücumda həlak olanların qanını yerdə qoymayacaq. Bu hücumun icraçıları və əmr verənləri bunun bədəlini ödəyəcəklər”, - SEPAH-ın komandanı bildirib.