BAKI, 5 sentyabr. TELEQRAF
Niger hakimiyyəti avqustun sonlarında paytaxt Niameydə baş vermiş silahlı qiyamın arxasında birbaşa Fransanın dayandığını bəyan edib.
Teleqraf ANP informasiya agentliyinə istinadla xəbər verir ki, rəsmi açıqlamada beynəlxalq şəbəkəyə malik olan bu əməliyyatın Fransa Prezidenti Emmanuel Makron rejimi tərəfindən idarə olunduğu və dəstəkləndiyi iddia edilir. Niger tərəfi bu addımın ölkənin suverenliyinə və təbii sərvətləri üzərində nəzarətinə qarşı yönəldiyini bildirib.
Xatırladaq ki, avqustun 29-na keçən gecə bir qrup hərbçi Niameydəki 101 nömrəli hərbi-hava bazasına və prezident iqamətgahına hücum edərək qiyam qaldırıb. Hökumətə sadiq qüvvələr Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu"nun dəstəyi ilə qiyamı yatırıb.