BAKI, 5 sentyabr. TELEQRAF
Ciorcia Meloni Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Teleqraf TRT Haber istinadla xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni rəhbərlik etdiyi sağ koalisiya hökumətinin ölkədə son 80 ilin ən uzunmüddətli iqtidarı olması münasibətilə ona təbrik mesajı göndərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsi təşəkkürünü çatdırıb.
İtaliya hökumət başçısı bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Meloni cavab mesajında Türkiyə və İtaliyanın dərin tarixi bağlar və ortaq maraqlarla bir-birinə bağlı olduğunu xüsusi vurğulayıb. Baş nazir son illərdə Roma ilə Ankara arasında Aralıq dənizi, regional təhlükəsizlik və sabitlik mövzularında əlaqələrin daha da gücləndiyini bildirib.