BAKI, 5 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IV turunda “Sabah” turnir cədvəlinin lideri “Zirə”ni qəbul edib.
Teleqraf xəbər verir ki, görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Paytaxt klubunun qollarını Velko Simiç (7), Coy Lens Mikels (13, 30, 57), Kristian Nvaçukvu (51) vurub.
Qeyd edək ki, rəqiblərindən 1 oyun az oynayan son çempion bu qələbə ilə xallarını 9-a yüksəldərək turnir cədvəlinin lideri “Zirə”yə çatıb.