BAKI, 5 sentyabr. TELEQRAF
İngiltərə təmsilçilərindən “Mançester Siti”nin hücumçusu Erlinq Holann klub karyerasında 300 qol həddinə çatıb.
Teleqraf xəbər verir ki, norveçli forvard yubiley qolunu İngiltərə Premyer Liqasının III turunda “Koventri” ilə keçirilən oyunda vurub.
O, ilk hissədə Antuan Semenyonun ötürməsini baş zərbəsi ilə qola çevirərək hesabı açıb.
26 yaşlı hücumçunun hesabında hazırda “Mançester Siti”də 165 qol var. Holann daha əvvəl Dortmund “Borussiya”sında 86, “Zaltsburq”da 29, “Molde”də isə 20 dəfə fərqlənib.
Beləliklə, dörd klubun heyətində vurduğu qolların sayı 300-ə yüksəlib.