BAKI, 5 sentyabr. TELEQRAF

İran ABŞ hərbi gəmilərini daha ağır zərbələrlə hədələyib.

Teleqraf Fars agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiyə" mərkəzi hərbi komandanlıq qərargahının rəsmisi İbrahim Zülfiqari danışıb.

O, bəyan edib ki, əgər Vaşinqton regional sularda İranın neft tankerlərinə hücumları dayandırmasa, ABŞ hərbi gəmilərinə endirilən zərbələr əvvəlkindən qat-qat ağır olacaq.