BAKI, 5 sentyabr. TELEQRAF
Bu gün axşam saatlarında Rusiya Silahlı Qüvvələrinin Çuquyev şəhərinin mərkəzinə pilotsuz uçuş aparatı (PUA) ilə endirdiyi zərbə nəticəsində azı iki mülki şəxs həlak olub. Həyatını itirənlərdən biri uşaqdır.
Teleqraf Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova və Çuquyevin meri Qalina Minayevaya məlumat verib.
Məlumata görə, dron zərbəsi birbaşa fərdi yaşayış evinə dəyib. Hücum nəticəsində ev, təsərrüfat tikilisi və qaraj tamamilə dağılıb, ərazidə güclü yanğın başlayıb. Hadisə zamanı 40 yaşlı bir yerli qadın da ağır bədən xəsarətləri alıb. Hazırda xilasedicilər fəsadların aradan qaldırılması və yanğının söndürülməsi üçün əraziyə cəlb olunublar.