BAKI, 5 sentyabr. TELEQRAF
"Əvvəlcə oyunçularımı təbrik edirəm. Oyun planımızı qüsursuz yerinə yetirdilər. Komanda 5:0 qalib gəlirsə və qol buraxmırsa bu oyundan razı qalmamaq mümkün deyil. Amma etiraf etməliyəm ki, 3:0-dan sonra yetirmələrimin çıxışı məni qane etmədi. Bəzən çox tələsirdilər. İndi bu oyunun nəticəsini unudub qarşıdan gələn matça köklənmişik"
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının IV turunda “Zirə”ni 5:0 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis Çempionlar Liqasının əsas mərhələsində "Mançester Yunayted"ə qarşı səfər matçı ilə bağlı bunları söyləyib:
"Əlbəttə ki, eyni oyun planı ilə Mançesterə gedib "Old Trafford"da da rəqibə qarşı oynaya bilməzsən. Düzdür, bizim özümüzə məxsus, yəni bizim oyunumuza məxsus kimliyimiz var ki, bu kimlik də ondan ibarətdir ki, çalışdıqca daha çox qol vurmaq, çalışdıqca hücumda fəal olmaqdır. İndi hələlik biz bilmirik kimlərlə orada rəqibimizə qarşı çıxış edəcəyik. Əlbəttə, bizim rəqibə, qarşıdan gələn rəqibə qarşı fərqli plan, fərqli hazırlığımız olacaq".