BAKI, 5 sentyabr. TELEQRAF
Almaniya hökuməti Kiyev vilayətinin qəza-xilasetmə xidmətinə yeni texnikalar təqdim edib.
Teleqraf Ukrayna mətbuatına istinadla xəbər verir ki, yardım paketinə müasir yanğınsöndürmə avtonərdivanı və kran-manipulyatorlu yük avtomobili daxildir.
Səfirlikdən bildirilib ki, bu texnikalar fövqəladə hallara daha çevik reaksiya verməyə kömək edəcək.