BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ ordusunun iki gün əvvəl ölkə ərazisinə hava hücumu nəticəsində İran Silahlı Qüvvələrinin üç pilotu öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.
Media qurumu hər üç pilotun adlarını da yazıb: Hərbi Dəniz Qüvvələrinin pilotları Müctəba Baqeri və Hamed Okati, Hərbi Hava Qüvvələrinin pilotu Hüseyn Məhduviyan.