BAKI, 5 sentyabr. TELEQRAF

Böyük Britaniya hərbi dəniz qüvvələri Fars körfəzində bir neçə gəminin vurulduğunu elan edib.

Teleqraf Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) istinadla xəbər verir ki, Fars və Oman körfəzlərinin şimal hissəsində bir neçə ticarət gəmisi hücuma məruz qalıb.

Rəsmi hesabatda bildirilir ki, gəmilər regionda davam edən hərbi aktivlik çərçivəsində onları sıradan çıxarmaq məqsədilə birbaşa atəşə tutulub.

Mərkəzin məlumatına görə, hadisə nəticəsində dənizçilər arasında xəsarət alanların olub-olmaması və ətraf mühitə, xüsusən də dəniz ekologiyasına ziyan dəyməsi barədə hələ ki rəsmi məlumat daxil olmayıb. Bölgədə gəmilərin təhlükəsizliyi ilə bağlı risklərin maksimum səviyyəyə çatdığı bildirilir.