BAKI, 6 sentyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus üç hərbi gəmiyə və icazəsiz marşrutla hərəkət edən üç neft tankerinə qırıcı zərbələr endirdiyini elan edib.
Teleqraf İran mediasına istinadla xəbər verir ki, SEPAH-ın rəsmi hərbi komandanlığının yaydığı son bəyanatda bu irimiqyaslı hücumların ABŞ ordusunun Fars körfəzində İran tankerlərini vurmasına cavab olaraq həyata keçirildiyi xüsusi vurğulanıb.